Home

About

«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi öz fəalliyətini Azərbaycanda 1999-cu ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. AR Gənclər və İdman Nazirliyi tərəfindən təşkilatmız 2005, 2007 ci illər ərzində İlin ən yaxşı gənclər təşkilatı seçilib.

İctimai birliyin əsas missiyası «Debat» Beynəlxalq təhsil proqramının Azərbaycanda inkişafı, şəxsiyyətin sosiallaşması, innovasiya təhsil texnologiyaların yayılması, vətəndaş cəmiyyəti dəyərlərinin bərqərar edilməsi və vahid Beynəlxalq Debat Təhsil Şəbəkəsinin (İDEA) bir tərkib hissəsi kimi Respublika Debat Təhsil Şəbəkəsinin inkişafına kömək göstərməkdir.

Bu gün təşkilat Bakı, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və Naxçıvan şəhərlərində fəaliyyət göstərərək, 9 resurs-mərkəzi, 60 məktəbi, 31 universiteti və 7000-dən artıq gənci birləşdirir. Bu 11 il ərzində tərəfimizdən ali təhsil müəssələri və məktəblər arasında 70-dən artıq debat yarışı, 130 seminar, 18 milli düşərgə və MDB ölkələri arasında Beynalxalq Debat Forumu keçirilmişdir. Bununla yanaşı 10 ölkədə təşkil olunmuş müxtəlif tədbirlərdə iştirak edərək, Azərbaycan Milli Komandası MDB ölkələri arasında keçirilən tələbə yarışında qalib və Dunya Çempionatında 8 ən güclü komandadan biri olmuşdur. Fəaliyyətimiz dövründə xüsusən AR Gənclər və İdman Naziliyi ilə sıx əməkdaşlıq etmişik və bu əməkdaşlığı uğurla davam etdiririk.

Bu gün də biz, gənclərin inkişafı istiqamətində müxtəlif proqramların, təşəbbüslərin və layihələrin həyata keçirilməsi ilə öz fəaliyyətimizi davam etdiririk. Təşkkilatımız öz fəaliyyətini əsasən “Debat Proqramı”, “Natiqlik proqramı” və “Karyera Proqramı” üzrə reallaşdırır. “Natiqlik Məktəbi” çərçivəsində bu günə qədər 140-dan artıq təlim və seminar keçirilmişdir. Təşkilatımız fəaliyyəti dövründə 200-dən artıq iştirakçı ilə, 2 Yay Natiqlik Məktəbi təşkil edib.