Home

Monday, February 28, 2011

" ToT sesiyası "

Yox, bu imtahanları TQDK keçirmirdi...Nə də magistirə qəbul imtahanıdır bu...Bu bizim Azərbaycanda şəffaf  qeyri-formal təhsilə bir qayğı sığalımızdır...Debat  vasitəsi ilə, həyata keçirilən informasiya mübadiləsi prossesi digər təhsil formalarından daha sürətlə  yayılır..Məhs bu səbəbdən, debatların daha keyfiyyətli keçirilməsi şərtdir.Məhs elə bu baxımdan keçirilən debatların keyfiyyətinin bir hissəsi olan hakimlərin və təlimçilərin düzgün yetişdirilməsi əsas məsələlərdən biridir.

Bugün TOT-da iştirak edən debatçıların  təlimçilik və məşqçilik karieralarına başlamasına hazır olub olmadıqlarınıı dəqiqləşdirməkçün testlə imtahan götürüldü..Testlərin nəticəsi yaxın bir həftə əərzində blogumuzda yaynlanacaq.









Sunday, February 27, 2011

"Eynilik yoxsa yenilik ? "

                                                                  

Əgər o təkcə oyundan ibarət olsa görəsən bu qədər , insanı ətrafına toplaya bilərdi?
Bəzən anlamırlar bizi nəyəsə yeni başlayanda, ən pisi də heçnə anlamayan "etirazçıların" özündənrazı fikirləri olur bu yenilik haqda..Əminəm ki hərbirimizin qarşısına, " debat nədir boş-boş işlərlə məşğul olma" deyən "ağıllılar" çıxıb..Bizsə sadəcə gülüb keçmişik...Əvvəlcə onu deyim ki, bu və buna bənzər hadisələr həmişə bir şeyi yadıma salır.."Təkər təzə kəşf olunanda biri çıxıb deyir : "Əşi bu nədir bu heçkimə lazım deyil", və birgün gəlir maşın kəşf olunur, maşına ilk minən məhs elə həmin etirazçılar olur..."

Saturday, February 26, 2011

Al Gore Debates Global Warming

Debat Nədir?

Axır ki , blogumuz fəaliyyətə başladı..

Bəli , artıq Azərbaycanda və ya dünyada " Debat" la bağlı yenilikləri blogumuzdan əldə edə biləcəksiniz..Beləliklə ilk mövzumuza başladıq..

Debat nədir?

Debat deyəndə ağıla qeyri-adi birşey gəlməməsi üçün əvvəlcədən qeyd edim ki, əslində debat insanın gündəlik həyatının bir parçasıdır.Məsələn, evə gec gəldirsiniz və valideynlərin əsəblərini yatışdırmaq üçün onları gec gəlişinizin səbəblərinə və məhs gecikməkdə haqlı olduğunuza inandırmağa çalışırsınız...Surprizzz siz artıq debatla məşğul oldunuz...Gündəlik həyatdan buna aid n sayda misal gətirmək olduğundan növbəti buna bənzər səhnəni nəzərinizdə canlandırıb debatın nə olduğunu anlamaq sizin boynunuza düşür..