Home

Saturday, February 26, 2011

Debat Nədir?

Axır ki , blogumuz fəaliyyətə başladı..

Bəli , artıq Azərbaycanda və ya dünyada " Debat" la bağlı yenilikləri blogumuzdan əldə edə biləcəksiniz..Beləliklə ilk mövzumuza başladıq..

Debat nədir?

Debat deyəndə ağıla qeyri-adi birşey gəlməməsi üçün əvvəlcədən qeyd edim ki, əslində debat insanın gündəlik həyatının bir parçasıdır.Məsələn, evə gec gəldirsiniz və valideynlərin əsəblərini yatışdırmaq üçün onları gec gəlişinizin səbəblərinə və məhs gecikməkdə haqlı olduğunuza inandırmağa çalışırsınız...Surprizzz siz artıq debatla məşğul oldunuz...Gündəlik həyatdan buna aid n sayda misal gətirmək olduğundan növbəti buna bənzər səhnəni nəzərinizdə canlandırıb debatın nə olduğunu anlamaq sizin boynunuza düşür..


Amma bax elə mənim və sənin çəkdiyin misallar qeyri-formal debatlara aiddir.Lakin sonu dava dalaşla bitən bu debatlardan fərqli olaraq, formal debatların özünəməxsus strukturu , qaydaları və məhtudiyyətlri var..Məsələn deyək ki, avtobusda basabasda şoferə 20 qəpik pul verdin.O da deyir ki yox sən mənə 10 qəpik vermisən.İnan ki bu və ya digər səbəbdən saatlarla qışqıra-qışqıra dalaşan çox insan var.Lakin formal debatlarda öz arqumentlərinizi təqdim etmək üçün, sizə yalnız bir neçə dəqiqə vaxt verirlər.Formal debatlarda , hakim və ya hakimlər komitəsi tərəfindən, kimin qalib gəldiyi barədə qərar çıxarır, Xe xe , qeyri formal debatlarda isə əsər hallarda , hər ki tərəf gözünü polis bölməsində açır....

Formal debatların da məqsədi məhs elə gündəlik həyatda baş verən bu cür qeyri -formal debatların qarşısını almaqdır.Formal debat, müzakirəyə çıxarılan problemin qısa ifadəsindən ibarət olan mövzudan başlanır.Hər bir tərəf , bitərəf hakimi inandırmağa çalışır.Bunun üçün onlar arqumentlərin köməyi ilə, öz mövqelərini müdafiə edir, opponentlərinin arqumentlərini isə təgzib edirlər.

Formal debatları səciyyələndirən əsas cəhət burada  əks nöqteyi - nəzərlərin toqquşmasını tənzim edən qaydaların mövcudluğudur.Bunun üçün yalnız nitqlə çıxışetmək kifayət deyil, eyni zamanda qarşı tərəfin arqumentlərini  rədd etmək, öz mövqeyini opponentin mövqeyi ilə müqayisə edib öz üstünlüyünü hakimin nəzərinə çatdırmaqdır...

Formal debatın özünün də müxtəlif növləri vardır ki bunlara aqda da gələcəkdə maraqlı məlumatları nəzərivizə çatdıracağam..Amma əvvəlcə qısaca debatın tarixi barədə onu deyim ki, debat ənənəsi qədim Yuanıstandan başlanıb.Burada debat demokratiyanın ən mühüm elementi hesab olunurdu.Afinada vətəndaşlar təklif edilən qanunların məziyyətləri və qüsurları haqda mübahisə edirdilər.Orta əsrlərdə Avropa təhsil sistemində natiqlik sənəti və debat kursları var idi. ABŞ tarixinin lap əvvəllərdində debat universitetlərdə özünəməxsus yer tutmuşdur.!960cı ildəki prezident seçkilərində Con Kenedi və Riçard Nİkson arasındakı televiziya debatı , yenidın debata diqqəti artırdı..Hal hazırda debatlar dünyanın bütün məktəb və universitetlərində keçilməkdədir..

Bəs debatın xeyri nədir?Təkcə super nitq? Yox əlbəttə..Debat onunla məşğul olan hərkəs üçün , ilk növbədə ailə olmağı öyrədir..Necə? Qarşılıqlı hörmət və ədalətlə..Biz birlikdə , gülürük, həyəcanlanırıq,əsəbləşirik və sevinirik.Debat yalnızca bununla kifayətlənmir,o eyni zamanda gələcək kariera üçün əla şərait yaradır və daima inkiaşaf etdirir...Debat yalnızca sözlərlə izah oluna biləcək qədər kiçik bir anlayış deyil...Buna görə də onunla bağlı bütün yenilikləri və dəyişiklikləri sizlərə çatdıracağıq....

No comments:

Post a Comment