Home

Sunday, February 27, 2011

"Eynilik yoxsa yenilik ? "

                                                                  

Əgər o təkcə oyundan ibarət olsa görəsən bu qədər , insanı ətrafına toplaya bilərdi?
Bəzən anlamırlar bizi nəyəsə yeni başlayanda, ən pisi də heçnə anlamayan "etirazçıların" özündənrazı fikirləri olur bu yenilik haqda..Əminəm ki hərbirimizin qarşısına, " debat nədir boş-boş işlərlə məşğul olma" deyən "ağıllılar" çıxıb..Bizsə sadəcə gülüb keçmişik...Əvvəlcə onu deyim ki, bu və buna bənzər hadisələr həmişə bir şeyi yadıma salır.."Təkər təzə kəşf olunanda biri çıxıb deyir : "Əşi bu nədir bu heçkimə lazım deyil", və birgün gəlir maşın kəşf olunur, maşına ilk minən məhs elə həmin etirazçılar olur..."
.Maşını isə təkərsiz hesab etmək mümkünsüzdür..O heç bir işə yaramaz.Təbii olaraq hamı bilir ki, dağlıq bir əraziyə yol çəkən zaman hökmən əvvəlcə dağları partlatmaq gərəkdir..Bir cəmiyyətdə yenilik də məhs dağlıq əraziyə yol çəkməyə oxşayır..Başlayanda bir az səs-küy salır deyə hamı söyür, yol hazır olandan sonra da " Ay dədənə rəhmət" deyir..Yox biz yolçəkən deyilik amma beyinlərdə bir balaca da olsa dəyişiklik yaratmağa gəlmişik..Söhbət yenilik üzərində qurulduğundan, belə bir sual ortaya çıxır, bəs yeniliyi elə ictimaiyyətə çatdırmaq olmaz mı ki o dərhal qəbul olunsun  hamı tərəfindən və ya yenilik əhaliyə necə çatdırıılmalıdır ki effektiv  olsun?

PS: Müzakirədə iştirak edən şəxslərin əksər hissəsini debatçılar təşkil edəcəyindən inanıram ki , hörmət prinsipi pozulmayacaq, amma  fikirlərinizi faktlarla əsaslandırın ki , bu müzakirədən sonra hamı nəisə öyrənmək imkanına malik olsun...

6 comments:

  1. evvela yenilik movcud olani tehqir etmemeli..tam olarag lazimsiz oldugun yox...teklif olunan yeniliyin ondan ustunluyun gostermelidir...etiraz edenler mutleq tapilacag...cunki sabitliye alishmish insani birden-bire deyishmek mumkun deyil(ekser hallarda)..ikinci--onun teqdimati duzgun qurulmalidir...diqqet celb etmeli,mentiqli olmali,tecrubelerden istifade olunmalidir.."biz bunu niye qebul etmeliyik?"sualina cavab hemishe hazir olmalidir...heleki bu qeder:)

    ReplyDelete
  2. məncə yenilik heç bir zaman normal qarşılanmayıb və qarşılanmayacaq. mənim fikrimə görə "yenilik" cəmiyyətin qəbul edəcəyi bir formada ortaya çıxardılırmalıdı. amma öz mahiyyətini qoruyub saxlayaraq...

    ReplyDelete
  3. Yenilik günümüzde reqabetçilikle birlikde iwledilen ve hardasa artiq hamiya melum olan bir anlamdir.. Eynilik ise, kimdense, hardansa copy past etmekdi...
    Debatin bir ferqi var burda Eynilikden yox, Yenilikden istifade olunur...

    ReplyDelete
    Replies
    1. Bu butun heyati deyishe bilecek yenilikdi. ...

      Delete
  4. yenilik..bunu genc nesle qebul eletdirmek daha asan olur neyinki yasli nesle..ona gore de ictimaiyete yenilik getirmey barede prablem daha cox mehz bu istiqametden yaranir mence..

    ReplyDelete
  5. yenilik her cur ola biler..meselen texnikada olunan yenilik (gencler bunu cox sevir),debde olunan yenillik,milli duwunceye tesir eden yenilk ( bu birmenali qarwilanmir) her bir yeniliye hazir olmaq lazimdi axi biz 21-ci esrde yawayiriq,,,qloballawan ve inteqrasiya eden bir dovrde...

    ReplyDelete